18 
Okt
2018
11:32
37
663
23385
Virtual karabakh

MTRŞ qalmaqallı veriliş barədə: Heç bir tədbir görülməyəcək - VİDEO

18 Okt, 2018
11:32
23385

MTRŞ qalmaqallı veriliş barədə: Heç bir tədbir görülməyəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” proqramında aparıcı və qonaq qayda pozuntusuna yol verməyib.

Bunu Oxu.Az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, onlar proqramda şou göstəriblər:

“Orada aparıcı və qonaq təpik atırlar. Bu, şoudur və qayda pozuntusu yoxdur. Bütün hallarda aparıcılar və iştirakçılar da cəmiyyəti qıcıqlandırıcı hərəkətlərdən qaçmalıdırlar. Burada, sadəcə, bayağı hərəkət edilib və biz bununla onlar barədə tədbir görə bilmərik”.

Təvəkkül Dadaşov qeyd edib ki, MTRŞ tərəfindən verilişlə bağlı bir ölçü götürülməyəcək:

“Onlar efirdə söyüş söysə, ədəbsiz jest etsəydilər, biz onunla bağlı tədbir görərdik. Aparıcı xaraktercə belədirsə, gələn qonağın səviyyəsi bu cür bayağıdırsa, biz nəsə deyə bilmərik.

Biz, sadəcə, bu cür verilişlərin səviyyəsinin qaldırmasını tövsiyə edirik. Bütün hallarda belə halların qarşısı gələcəkdə alınmalıdır”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri