18 
Okt
2018
16:24
45
729
15418
Virtual karabakh

Qadın aparıcılar niyə özlərini yersiz aparır? - NƏZƏR NÖQTƏSİ

18 Okt, 2018
16:24
15418

Qadın aparıcılar niyə özlərini yersiz aparır? - NƏZƏR NÖQTƏSİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan telekanallarının yayımının vəziyyəti ürəkaçan deyil. Yerli tamaşaçılar növbəti dəfə teleekranda kobud davranışı seyr etməli olub. 

Oxu.Az xəbər verir ki, dünən ARB TV-nin efirində yayımlanan “Canım sizə desin” verilişi sosial şəbəkələrdə mənfi reaksiyalar doğurub. 

Belə ki, studiyaya qonaq qismində “Azərbaycanlı Van Dammı” ləqəbli şəxs çağırılıb. 

Ruslan adlı şəxs tanınmış amerikalı aktyoru yamsılamağa çalışıb. O, əvvəlcə “Kikboksçu” filmində Jan-Klod Van Dammın yaratdığı personaj kimi rəqs edib, daha sonra aktyorun “idman üsullarını” nümayiş etdirib. 

Ancaq iş onda deyil. Və ümumiyyətlə, verilişin qəhrəmanına irad yoxdur. O, özü üçün müəyyən obraz formalaşdırıb ki, bunun sayəsində verilişin qonağı olub. Bu cür parodiyaçıların sayı bizim cəmiyyətdə saysızdır. 

Burada istifadəçilər və tamaşaçılar arasında tənqid hədəfi kimi canlı efirdə özünü yersiz aparan aparıcı, Əməkdar artist, ilk növbədə, qadın olan Mehriban Xanlarovadır. 

Ev çəkələklərində o, “Van Damm”la rəqs edib və onun kimi təpik atmağa çalışıb, bu isə çox kobud olub. 

Məgər Azərbaycan qadını canlı efirdə bunu etməyi özünə rəva bilir? Ələlxüsus bütün ölkədə məşhur şəxsiyyət olsa belə?

Azərbaycan qadını təvazökarlığı və ədəbli davranışları ilə həmişə fərqlənib. Təəssüf ki, Azərbaycan televiziya ekranlarında çıxış edən qadınlar bu xüsusiyyətləri itirib və şou xətrinə çox kobud addımlara əl atırlar. 

Ondan başlayaq ki, televiziya insanların tərbiyəsində, əxlaq və mənəviyyatın formalaşmasında əsas rol oynamalıdır. Əgər efirdə bunu göstərirlərsə, hansı əxlaq və mənəviyyatdan söhbət gedə bilər? Efir zamanı nəzərə alınmalıdır ki, ekran qarşısında azyaşlı qızlar da ola bilər. Bu cür aparıcı qadınlardan nümunə götürmək lazımdır?

Təəccüb yaradan daha bir məqam var. Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovun fikrincə, göstərilən süjetdə heç bir qayda pozuntusu yoxdur, sadəcə, şou nümayiş etdirilir. 

“Orada aparıcı və qonaq təpik atırlar. Bu, şoudur və qayda pozuntusu yoxdur. Bütün hallarda aparıcılar və iştirakçılar da cəmiyyəti qıcıqlandırıcı hərəkətlərdən qaçmalıdırlar. Burada, sadəcə, bayağı hərəkət edilib və biz bununla onlar barədə tədbir görə bilmərik”, - o deyib. 

Sevindirici haldır ki, aparıcının özünü aparmasının kobud olduğunu etiraf edirlər. Əgər heç bir tədbir görülmürsə, əgər telekanallarda belə halların qarşısı alınmırsa, bunun nə faydası var?

Azərbaycan aparıcısına yaraşmayan davranış ilə bağlı daha bir misal gətirəcəyik. Hadisə 2014-cü ildə yerli telekanallardan birində olub. Aparıcı və aktrisa Mətanət Əliverdiyeva veriliş zamanı tamaşaçıların gözləri önündə şpaqat açıb. 

Aparıcıların bu cür davranışlarına çox sayda misal gətirmək olar. Ancaq hamısını demək mümkün deyil. 

T.Dadaşovun sözlərinə görə, bu verilişlərin səviyyəsini qaldırmaq və kanallarda bu hallarının qarşısını almaq məsləhət görülür. Biz, tamamilə razıyıq. Maraqlıdır, bunun qarşısını kim almalıdır?!

Çinarə Q.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri