24 
Okt
2018
10:40
296
130
21613
Virtual karabakh

Çinarə onun sevgilisi olacaq - FOTO/VİDEO

Müğənni Çinarə Məlikzadə “Bana bir aşk şarkısı söyle” adlı Türkiyə və İran ortaq istehsalı olan filmdə rol alır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mehrdad Qafarzadənin rejissorluğunu etdiyi filmdə Türkiyənin məşhur simaları iştirak edir. 

Belə ki, ekran işində Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer kimi türkiyəli sənətçilər çəkilir.

Hazırda çəkilişləri davam edən filmdə İrandan Məcid Müzzəffəri, Pejman Bazegi, Bahareh Afşar kimi aktyorlar rol alır.

Çinarə Məlikzadə isə ekran əsərində “Ada” obrazını canlandıracaq. O, filmin əsas qəhrəmanlarından biri olan “Hakan”ın (Ali Burak Ceylan) sevgilisini oynayır.

Qeyd edək ki, çəkilişlərin 30 faizi İranda, 70 faizi isə Türkiyədə gerçəkləşdiriləcək.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri