30 
Okt
2018
15:05
66
221
19444
Virtual karabakh

Damlanı verilişinə çağırdığına görə tənqid edildi – FOTO/VİDEO

Müğənni və aparıcı Murad Arifin “MTV Azərbaycan”da və “Youtube” kanalında yayımlanan “Popumuz var” adlı verilişinin budəfəki buraxılışı böyük müzakirələrlə yadda qalıb.

Oxu.Az xəbər verir ki, buna proqramda Damlanın qonaq olması səbəb olub.

Belə ki, sosial şəbəkə izləyiciləri Muradı tənqid edərək, Damlanın qonaq kimi dəvət edilməsini qəbul etməyiblər.

“Fərqli insanları, TV-lərə çıxışı olmayan, cəmiyyətdə tanınan insanları çağırsanız, daha yaxşı olar”, “Damlanı qonaq çağırana kimi bu veriliş əla gedirdi”, - deyə izləyicilər yazıblar.

Onların arasında Murad Arifə haqq qazandıranlar da tapılıb:

“Əslində, “Damlanı niyə dəvət etmisiniz” sualını verənlər gizli-gizli Damlaya qulaq asanlardı. Çox sağ olun, Murad bəy”.

Murad Arif isə izləyicilərə elə “Youtube” səhifəsində cavab yazıb. 

“Mən təxmin edirəm ki, siz daha yaxşı veriliş apara, daha mənalı suallar ünvanlaya, daha maraqlı qonaqlar çağıra bilərsiz. Ümumiyyətlə, “krassavçik”siniz... Üzrlü sayın, amma bu veriliş necə olmalı idisə, elə də alınır”, - deyə Murad fikirlərini bildirib.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri