31 
Okt
2018
15:24
32
335
27254
Virtual karabakh

Təranə Səmədova: Bu, damğa deyil, həyatın sınağıdır - VİDEO

31 Okt, 2018
15:24
27254

Təranə Səmədova: Bu, damğa deyil, həyatın sınağıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün həbs olunan tanınmış prodüser Təranə Səmədovanın bir müddət əvvəl verdiyi müsahibə sosial şəbəkələrdə yayılıb və geniş müzakirəyə səbəb olub. 

Oxu.Az xəbər verir ki, o, ilk dəfə CVN TV-yə müsahibəsində adının qadın alverində hallanması ilə bağlı danışıb:

“Bu barədə heç vaxt danışmamışam, zaman hər şeyin dərmanıdır. Tənha anayam, qız övladı böyüdürəm. Bu qədər populyarlaşmaq iddiasında olmamışam. Populyarlaşmağım kimlərinsə gözündə məni dəhşətli maddi imkanı olan biri kimi göstərib. Heç vaxt sınmamışam, ağlamamışam. Ayaqlarımın üstdə dik dayanmışam. Cüzdanımda 10 manatım olub, amma hər kəs elə bilib ki, 2-3 min manat pulum var. Bunları heç vaxt bəlli etməmişəm.

Mətbuatda xəbərləri oxuyanda çökdüm. Anam gəlib çiynimdən tutub dedi ki, sən nələrin öhdəsindən gəlmisən. Söylədim ki, mən bu damğanın altından necə çıxacağam? Anam cavab verdi ki, sən möhkəm olmusan, yenə belə olacaqsan. Bu, damğa deyil, həyatın sınağıdır. Sevinənlər bu işlə məşğul olanlardır ki, tək bizim yox, Təranənin də adı belə şeylərdə hallanır. Mənə görə üzülənlər də çox oldular. Tanrıya çox inanıram. Bu işin sahibiyimdimsə, niyə banklara borcum var? Ölkədən çıxışıma niyə qadağa qoyulub? Hər halda bu işi görsəydim, banklara borcum olmazdı, maşını əlimdən almazdılar”. 

Qeyd edək ki, prodüser ötən gün Nərimanov rayon Məhkəməsində 1 il müddətinə azadlıqdan məhrum edilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri