Noy
2018
15:45
59
215
11127
Virtual karabakh

Azərbaycan Moda Həftəsindəki geyimlər marağa səbəb oldu – FOTO

2 Noy, 2018
15:45
11127

Azərbaycan Moda Həftəsindəki geyimlər marağa səbəb oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Muzey Mərkəzində “Azerbaijan Fashion Week” – ölkənin rəsmi Dəb Həftəsinin 8-ci mövsümünün açılışı olub.

Oxu.Az xəbər verir ki, Dəb Həftəsinin “Showroom”unda Azərbaycan rəssamlarının, həmçinin “Kukla” Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının sərgisi baş tutub.

Dəb Həftəsinin birinci günü Azərbaycan markası olan “Kaftan”ın nümayişi ilə açılıb.

İlk olaraq podiumda parlaq və dolğun rəngli, qısa, daha sonra fərqli – gümüşü və qızıl suyuna salınmış rəngli parlaq dekor elementlərində olan geyimlər nümayiş etdirilib.

“Azerbaijan Fashion Week” “Çəkməçi” brendi kişi və qadın ayaqqabılarının nümayişini təşkil edib.

Brend həm klassik, həm də “casual” stillərdə olan ayaqqabıları nümayiş etdirib. Top stilist Fuad Hacıyevin, “The Best Model of the World 2007” titulunun sahibi Rüstəm Cəbrayılovun, “The Best Physic” titulunun sahibi İgo Guseinov və “Eurovision 2011” müsabiqəsinin qalibi Eldar Qasımovun iştirakı nümayişin bəzəyi olub.

Dəb Həftəsi “Meeamee” brendinin nümayişi ilə davam edib.

Sonda Tacikistan markası olan “SK Collection”un sahibi, dizayner Xurşed Sattorov öz yaradıcılığı ilə Həftənin qonaqlarını günəşli Düşənbə şəhərinə “səyahətə aparıb”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri