Noy
2018
13:34
4
41
4630
Virtual karabakh

Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi - FOTO

3 Noy, 2018
13:34
4630

Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur ifaçı Sıla Gençoğlunun sevgilisi Ahmet Kural tərəfindən döyülməsi tibbi ekspertiza tərəfindən təsdiqlənib.

Oxu.Az xəbər verir ki, ekspertin sənədlərini isə “Star Haber” ortaya çıxarıb.

Sənədlərdə müğənninin sifətində əzilmə, beyin qapağında şiş, üzündə və bədənində göyərtilər olduğu qeyd olunub.

Eyni zamanda, Sılanın başına külqabı vurulması, baş hissəsinin, ayaqlarının təpik zərbələrinə məruz qalması da təsdiqlənib.

Digər tərəfdən, Sılanın sürücüsü və Ahmet Kuralın qonşusu baş verən hadisə ilə bağlı ifadə verib.

Kuralın qonşusu həmin anlar dostu ilə yazışmasını məhkəməyə təqdim edib. Həmin yazışmada aktyorun Sılanı amansızca döyməsini əks etdirən mətn yer alıb.

Ahmet Kural isə ötən gün məhkəməyə çağırılıb və ifadə verib.

Qeyd edək ki, hadisə oktyabrın 29-da baş verib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri