Noy
2018
13:30
989
86
31143
Virtual karabakh

Pərvin Abıyeva Azərbaycandan gedir

3 Noy, 2018
13:30
31143

Pərvin Abıyeva Azərbaycandan gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisa Pərvin Abıyeva Azərbaycanı tərk edəcək.

Oxu.Az xəbər verir ki, sənətçi bu barədə “Instagram” hesabında məlumat verib.

Canlı yayıma qoşulan Abıyeva bildirib ki, bundan sonra işlərini Türkiyədə davam etdirəcək:

“Bakıda olan günlərimi sayıram. Tezliklə Azərbaycandan köçürəm. İstanbulda yaşayıb, öz işimlə bağlı təhsil alacağam. Düşünürəm ki, Azərbaycanda yetərincə uğur əldə etmişəm, şükürlər olsun ki, məni bütün xalq tanıyır. Qayıtmaq fikrim yoxdur, irəli getmək lazımdır”.

Qeyd edək ki, aktrisa bir neçə ay öncə bu barədə məlumat vermişdi. Ancaq onun nə vaxt Azərbaycandan gedəcəyi məlum deyildi.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri