13 
Noy
2018
11:55
23
179
10281
Virtual karabakh

Azərbaycanlı müğənni təqdimatında ağladı - FOTO/VİDEO

13 Noy, 2018
11:55
10281

Azərbaycanlı müğənni təqdimatında ağladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində müğənni Sabina Selcanın “Bu gün” adlı klipinin təqdimatı baş tutub.

Oxu.Az xəbər verir ki, klipi türkiyəli məşhur rejissor Tamer Aydoğdu ərsəyə gətirib.

Təqdimata Vüsalə Kərimova, Tarix Əliyev, Elcan Rəsulov, Şəbnəm Əsədova, Elnar Xəlilov kimi məşhurlar da qatılıb.

Klipindən söz açan ifaçı ekran işinin 70 min lirəyə ərsəyə gəldiyini bildirib:

“Klip Ağ köşk adlanan yerdə çəkilib. Orada klip çəkdirmək üçün dövlət orqanlarından icazə almaq və 20 min dollar pul ödəmək lazım idi. Ancaq həyat yoldaşımın yaxşı əlaqələri var deyə, pul ödəmək məcburiyyətində qalmadıq”.

Təqdimata qatılan prodüser Tarix Əliyev isə müğənni haqda maraqlı açıqlama verib. O söyləyib ki, Sabina beş ildir xərçəng xəstəliyindən əziyyət çəkir:

“Bunu deməyim Sabinaya pis təsir etsə də, deyəcəyəm. Bu gün bəzi məşhurlar xərçəng xəstəliyi adı ilə pul yığıb, mal-mülk alırlarsa, Sabinada bu, tərsinədir. O, beş ildir bu xəstəlikdən əziyyət çəkir. İstərdim ki, belə ayaq üstdə dura bilən xanımlar hər kəsə örnək olsun”.

Sabina prodüserin bu sözlərindən sonra göz yaşlarına boğulub.

“Artıq o günlər geridə qaldı. Sağalmışam. Düzdür, bu müalicə üçün xeyli xərcim çıxdı, ancaq hər şey geridə qaldı. İndi istəyirəm ki, xalqımız məni səsimlə, yeni işlərimlə tanısın”. 

Ekran işinin rejissoru Tamer Aydoğdu Sabina ilə işbirliyindən məmnunluq duyduğunu dilə gətirib:

“İndiyədək Demet Akalın, Petek Dinçöz, Gülşen kimi məşhurlara 35-dən çox klip çəkmişəm. Sabinadan öncə isə Sibel Can Tan Taşçının duetinə klip çəkdik. Çox məmnunam ki, Sabina ilə işbirliyimiz oldu”.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Fərid Fətullayevə, aranjimanı Cüneyt Yalmaza aiddir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri