15 
Noy
2018
11:13
19
123
7536
Virtual karabakh

Murad Arifdən “Faytonçu” Nazimə cavab: Çox həyəcanlanmasın

15 Noy, 2018
11:13
7536

Murad Arifdən “Faytonçu” Nazimə cavab: Çox həyəcanlanmasın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nazim Pişyarinin müsahibəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Belə ki, Oxu.Az-a müsahibə verən “Faytonçu” musiqimizdən söz açarkən “Yerindən duran deyir ki, bəstəkaram. Əvvəl aparıcı idi, başladı mahnılar yazmağa, indi də özü oxuyur.

Mən bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır. Ay qardaş, sən kimsən? Ola bilməz ki, sən həm müğənni, aparıcı və bəstəkar olasan. Bu da təkəbbürlülükdən xəbər verir. Təkəbbürlülük yalnız Allaha məxsusdur. Murad Ariflə münasibətim çox yaxşıdır.

Murad Arifə qarşı etirazım yoxdur, axı, tək o, deyil. Guya, mən musiqi yaza bilmərəm ki? Amma yazmıram”, - deyə Murad Arifə söz atıb. Murad isə onun sözlərinə sosial şəbəkədə cavab verib.

O, həmkarının 50 yaşında ilk dəfə konsert verməsini nəzərdə tutaraq “Nazimə ilk solo konsertində uğurlar arzu edirəm. Çox həyəcanlanmasın, hər şeyə qıcıqlanmasın. Super olacaq”, - deyə cavab verib.

Rəy yazan sosial şəbəkə istifadəçiləri isə Murad Arifə dəstək olub, Nazimin indiyədək bir uğurunun olmadığını yazıblar.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri