19 
Noy
2018
11:18
32
161
12206
Virtual karabakh

“Best Model of Azerbaijan”ın final tarixi dəqiqləşdi - FOTO

19 Noy, 2018
11:18
12206

“Best Model of Azerbaijan”ın final tarixi dəqiqləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maraqla gözlənilən “Best Model of Azerbaijan” yarışmasının final tarixi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, tədbir 28 noyabrda “Fairmont Baku Flame Towers”da keçiriləcək.

Yarışma “MTV Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Tədbirin aparıcısı isə Samir Bayramlıdır.

Qeyd edək ki, müsabiqədə ən kiçik finalçının yaşı 16, ən böyük finalçının isə 30-dur.

Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, modelyer Afaq İsmayılzadə, xoreoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

Onu da bildirək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, rəsmi partnyoru Ləman Mirtalıblıdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri