20 
Noy
2018
11:08
36
217
12298
Virtual karabakh

Röya: Boşanmaq üçün birinci mən müraciət etdim - VİDEO

20 Noy, 2018
11:08
12298

Röya: Boşanmaq üçün birinci mən müraciət etdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Röya Ayxan “Show News” verilişinə açıqlamalar verib.

Oxu.Az-ın xəbərinə görə, bir neçə gündür tizeri yayımlanan, musiqisi Pərviz Mahmudova məxsus olan “Problemdir sevgimiz” klipindən danışan sənətçi bildirib ki, mahnı dörd il öncə yazılıb:

“Sevgi hamı üçün problemdir, amma mənim üçün yox. Əvvəl sevmək daha gözəl idi. Bəlkə də, indi qocalmışam. İndi fikirləşirsən ki, oğlan gedib başqa yerdə nələrsə danışar. Sonra görürsən ki, heç kim qalmayıb”.

O, eks-əri Anar Cəlilovla boşanma prosesində məhkəməyə müraciət edənin ilk özü olduğunu etiraf edib:

“İnsan həyatında olan insandan ayrılır və düşünür ki, dedi-qodulara son qoymaq üçün çıxıb nə açıqlama versin. Görəsən, oğlanın sevgilisi var idi, ayrıldı? Yoxsa qız nəsə etmişdi? Bu, böyük bir problemdir. Həyat yoldaşımla ayrıldığımız dövrdə belə fikirləşdik ki, boşanmaq üçün birinci mən müraciət edim. Kişi müraciət etsə, daha çox söz-söhbət ortaya çıxacaq. Görün, necə yaşayırıq, insanlar sakit boşana da bilmir. Yəni, mahnı mənim üçün çox təsirlidir”.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri