20 
Noy
2018
13:32
44
263
7808
Virtual karabakh

Elza: İlhamə Quliyevanı sağlığında qorxudan tərifləməmişəm

20 Noy, 2018
13:32
7808

Elza: İlhamə Quliyevanı sağlığında qorxudan tərifləməmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özlərini bəyənmişlər, mənə özlərini rəqib bilənlər var ki, “içi özlərini, çölü özgələrini yandırır” deyərlər. Məni dərk edib, həzm edə bilməyənlər isə nəinki məni, hətta Allahın şah əsərləri olan gözəlliklərə qarşı üfunətli nəfəslərini yanımda çəkə bilməyib öz saxta, süni, savadsız, maskalı münasibətlərini istəsələr də, gizlədə bilmirlər. 

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Instagram” hesabında yazıb.

Sənətçi bu paylaşımı ilə onu təhqir və tənqid edənlərə cavab verib:

“Elza Seyidcahan xanımın hər çıxışı illərin müzakirəsinə dönür. Bunu çoxları bilir, təsdiqləyir və təəccüblənir. “Ayə, niyə bu bizim ağlımıza gəlmədi?” deyirlər. Başda mərhum sənətkarımız, unudulmaz Xalq artistimiz İlhamə Quliyeva “Mən şəxsən bir sənətkar kimi Elzanın hər çıxışından böyük zövq alıram, onu dinləyirəm, çünki hər çıxışında bir şok, bir şok.... Çıxışı, bir şok... Sənət nümunəsi var. O, heç kəsə bənzəmir. Elzanın öz yolu, dəsti-xətti, mədəniyyəti, tərbiyəsi var” deyib. 

Baxmayaraq ki, İlhamə xanımın sağlığında onun əlindən öpənlər, indi ona utanmadan İlhamə deyirlər, ancaq Elza Seyidcahana qarşı, bəzi anlaşılmaz hərəkətləri olsa belə, Elza ona sənətkar İlhamə xanım deyir, “Yasin” oxutdurur, adına ehsan verib, qəbri üstünə ağ çiçəklər düzür. Onun yaxın qohumlarını xeyir işlərdə görəndə belə hər zaman salamlayır, diqqət göstərir. 

Bir çoxları kimi, sağlığında onu qorxudan tərifləməmişəm, öləndən sonra isə söyməmişəm. Əksinə, sağlığında onunla mübarizə aparmışam, sözümü demişəm, ibrətamiz haqq da qazanmışam. O, rəhmətə gedəndə isə onu bağışlamışam, halallığımı da vermişəm, cənazəsinə apardığım ağ çiçəklər isə, orada əklillər əlindən ayaq qoymağa yer olmasa belə, onun baş daşına sarmaşıq kimi sarımışdılar. Bu, ancaq İlhamə xanımın ruhunun gücündən belə ola bilərdi. 

Siz bunu anlayın birdəfəlik, ey bəzi bədhaqq məzlumlar. Nə qədər pislik, haqsızlıq, nankorluq etsəniz, bəlkə, birtəhər onu Allahdan gizlədəcəyinizi düşünürsünüz. Allahın qəzəbli cəzasına gəlib çıxırsınız ki, Tanrı sizi yönəldir ki, gedin, Elza Seyidcahana sataşın”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri