21 
Noy
2018
12:30
53
109
14631
Virtual karabakh

Tanınmış modelyerin məhkəmədə ürəyi getdi

21 Noy, 2018
12:30
14631

Tanınmış modelyerin məhkəmədə ürəyi getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Prosesdə zərərçəkmiş L.Əhmədovanın vəkili vəsatət qaldıraraq, N.Ağayevlə A.Lütfəliyevin də barəsində həbs-qətimkan tədbirinin seçilməsini və onların məhkəmə zalında həbs edilməsini istəyib. 

Təqsirləndirilən N.Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib. 

Vəsatətlərə münasibət bildirən L.Əhmədova ağlayaraq, N.Ağayevin C.Eyvazovu onun üstünə göndərdiyini deyib. 

L.Əhmədova çıxış edən zaman onun ürəyi gedib. İcra məmuru Nuru Müzəffərov ona yardım edib, zərərçəkmiş şəxs özünə gəlib. 

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki,  iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri