Dek
2018
09:56
79
492
27177
Virtual karabakh

Aygün səhnədə “tufan qopardı” - FOTO

2 Dek, 2018
09:56
27177

Aygün səhnədə “tufan qopardı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Kazımovanın ötən gün “Elektra Events Hall”da “Duy” adlı solo konserti baş tutub.

Oxu.Az xəbər verir ki, Aygündən öncə səhnəyə Rizvan ƏliyevRöya Miriyeva çıxaraq sənətçinin mahnılarından ibarət mini akustik konsert gerçəkləşdirib.

Daha sonra səhnəyə Gürcüstanın məşhur qrupu “Kahaberi” çıxıb. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa edib.

Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxıb. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən müğənni oğlan rəqqaslarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkib. Libasları ilə də gözoxşayan Kazımova enerjisi ilə hər kəsi rəqs etməyə sövq edib.

Ən sonda isə səhnəyə dünya şöhrətli dicey Devid Vendetta çıxıb. O, Aygün Kazımovanın ifasında olan “Duy”, Xalq artisti Alim Qasımovun ifasında olan “I am your Godness” mahnılarını və digər hitlərini səsləndirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri