Dek
2018
15:56
129
34
16305
Virtual karabakh

Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü - VİDEO

5 Dek, 2018
15:56
16305

Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-də yayımlanan “BizimləSən” verilişinin son buraxılışında mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu efirə çıxıb.

Oxu.Az-ın .baku.ws-ə istinadən məlumatına görə, verilişdə mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev nəvəsi Fatimə ilə görüşüb.

Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, “Trolleybus parkı” deyilən ərazidə köhnə vaqonda yaşayır. O, 18 illik ayrılıqdan sonra nəvəsinə qovuşub.

Azərbaycanın Əməkdar artisti Fatma Mehrəliyevə muğam tariximizə “Kəsmə şikəstə” ilə adını yazdırıb. Fatma Mehrəliyeva  2000-ci ildə yalqız halda dünyasını dəyişib. O, ömrünün son illərində ruhi əsəb xəstəliyindən əziyyət çəkirdi. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri