Dek
2018
12:04
248
190
18201
Virtual karabakh

Əməkdar artist: Acun məndən pul istədi

8 Dek, 2018
12:04
18201

Əməkdar artist: Acun məndən pul istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın əməkdar artisti, ölkəmizi beynəlxalq muğam müsabiqələrində uğurla təmsil edən Nigar Şabanova öz İnstagram səhifəsində maraqlı açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, müğənni türkiyəli məşhur prodüser və TV 8 kanalının sahibi Acun Ilıcalıdan gələn təklifi təhqiramiz hesab etdiyini bildirib.

Belə ki, müğənninin telekanalda çıxış etməsinin müqabilində 650 dollar ödəməsi istənilib. Müğənni həmçinin azərbaycanlı ifaçılara da səslənib:

“Bu gün səhər Acun Ilıcalının sahibi olduğu TV 8-dən köməkçimə zəng vurublar, şəxsən danışmaq istədiklərini bildiriblər. Danışdıq, təklif çox gülməli idi, utandım: “Nigar xanım, ayın 19-dan sonra Azərbaycana gələcəyik, sizdən müsahibə almaq istəyirik”. Mən də razılıq verdim.

Daha sonra söylədilər ki, bunun üçün 650 dollar ödəniş olmalıdır. Hələ bu günə qədər mənə xeyir verən, yüksəklərə qaldıran televiziyalarımıza bir qəpik pul verməmişəm. Halbuki gəlirimi vətənimdə qazanıram. Biz bəyəm kanallarımıza türk müğənniləri dəvət edəndə onlardan pul istəyirik? Onların bizdən pul istəmələrinə səbəb elə müğənnilərimizdir. Çünki Türkiyə kanallarına yalvararaq pul verib, çıxırlar.

Onlara səslənirəm - Etməyin! Siz orada heç kimə lazım deyilsiz. Azərbaycan musiqisi qızıldır! Məgər qızılı satanda üstündə pul da verirsiniz ki, qızılı alın? Azərbaycan musiqisi səslənəndə bütün dünya baş əyməlidir”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri