11 
Dek
2018
12:35
273
61
10674
Virtual karabakh

Məşhur müğənninin valideynləri Qarabağ veteranlarıdır - VİDEO

11 Dek, 2018
12:35
10674

Məşhur müğənninin valideynləri Qarabağ veteranlarıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zaurla Günaydın” proqramına qonaq olan müğənni Nura Suri barəsində bəzi maraqlı məqamlar üzə çıxıb. 

Oxu.Az xəbər verir ki, müğənni proqrama atası, polkovnik-leytenant Xanlar bəy və anası Firəngiz xanımla birlikdə qatılıb.

Məlum olub ki, Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.

Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir. 

Qeyd edək ki, hərbi yazıçı Tatarinka cütlük barədə kitab yazıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri