15 
Dek
2018
15:31
26
257
9284
Virtual karabakh

“Maşın Şou. Hind Kinosu”nda qüvvələrin düzülüşü - FOTO

15 Dek, 2018
15:31
9284

“Maşın Şou. Hind Kinosu”nda qüvvələrin düzülüşü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düzgün istiqamətdə davam etmək üçün oyun həqiqət üzərində qurulmalıdır.

Oxu.Az xəbər verir ki, bu fikirləri dünən “Maşın Şou. Hind Kinosu”nda Oktay Kamili şoudan uzaqlaşdıran Sərxan Kərəmoğlu deyib. 

Dünən “Maşın Şou. Hind Kinosu”nu bir iştirakçı tərk etdi. Birinci çıxmaq həmişə ağırdır, ancaq bu, şounun bir hissəsidir və burada hansı iştirakçıdan nəyi gözləmək lazım gəldiyi göstərilir. Detallara fikir vermək vacibdir. 

“Maşın Şou” qədim oyunlardan sayılan “Mafiya” kimidir. Burada da sona qədər kimin dinc sakin, kimin mafiya üzvü olduğu aydınlaşmır. Ancaq “Mafiya”dan fərqli olaraq, “Maşın Şou”da yalnız bir nəfər qələbə qazanır. Bəzən şəxsi üstünlüklər məqsədə nail olmaq yolunda heç bir rol oynamır.

Şounun ilk günündə aparıcı prinsiplər əsasında iştirakçıları qruplara bölüblər. Ancaq hər şey nəzarətdən çıxdı. Misal üçün, Səmra Əlizadə, Dilarə KazımovaSamir Cavadzadənin daxil olduğu “Avroviziya” qruplaşmasında hər kəs bir-birinin tərəfini tutmalıdır. Ancaq bu belə olmadı.

Ümumiyyətlə, ilk qruplaşmalar dərhal dağıldı. İndi kişi kollektivi avtomobil arxasında, qadınlar isə qarşısında dayanıblar (bir neçə iştirakçı istisnadır). Bunun nə ilə bağlı olduğu aydın deyil. Hər şey çox sadə ola bilər. Avtomobilin qarşısında dayanan Dilarə Kazımova, Səmra ƏlizadəMina Hüseyn gənc və gözəl ifaçılardır. Ola bilsin ki, onlar daha çox diqqət çəkmək istəyirlər. 

Şounun ilk günündə iştirakçıların fəallığından danışmaq çətindir. Və ümumiyyətlə, özlərini göstərməyənlər var. Ancaq bizim qarşımızda iki həftədən çox vaxt var və bu müddət ərzində özlərini göstərməyənlər mütləq danışacaqlar.

Hələlik isə Aysel Nazimin istifadə etdiyi ifadənin təəccüb doğurmasına diqqət çəkirik. Namizəd seçiminə gələn zaman o deyib ki, əgər Nazilə Səfərlinin sözlərinə qulaq assaydılar, hər şey başqa cür olacaqdı. Aparıcının “Biz” deyəndə kimləri nəzərdə tutursunuz?” sualına A.Nazim tutarlı cavab verə bilməyib. Bu nədir: kartları qəsdən qarışdırmaq yoxsa ehtiyatsızlıq? A.Nazim tamaşaçıların dəstəyini qazanaraq, şouda qalan S.Kərəmoğlunu təbrik edən ilk şəxs olub.

Hər şeyi zaman göstərəcək. Bizə yalnız ATV telekanalında saat 22:00-da yayımlanan “Maşın Şou. Hind Kinosu” şousunu gözləmək qalır. 

Qeyd edək ki, “Maşın Şou. Hind Kinosu”nun informasiya dəstəyi Oxu.AzBaku.TV-dir.

Cavid Osmanov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri