20 
Dek
2018
10:32
11
145
11267
Virtual karabakh

“Kubalı partizan” “Maşın Şou”da hamını təəcübləndirdi - VİDEO

20 Dek, 2018
10:32
11267

“Kubalı partizan” “Maşın Şou”da hamını təəcübləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugünkü “Maşın Şou”nun həşteqləri dörd sözdən ibarət oldu: sevimli, minnətdarlıq, qruplaşma və qeyri-müəyyənlik. Gəlin, bunu bir qədər təhlil edək.

Oxu.Az xəbər verir ki, şounu tərk etməyə əsas namizəd aparıcı Xose Bernardo idi.

Heç kim gözləməsə də, bu, baş verdi.

Hər şey namizədin elan olunması zamanı layihə iştirakçılarının üzlərindəki ifadələrdən də sezilirdi: Namizədin kimliyi çoxları üçün sürpriz oldu. Bəs sual yarana bilər, X.Bernardonun əleyhinə kim səs vermişdi? Arada gizli əlbirlik var? Əlbəttə.

Murad Dadaşovun yanına gələn X.Bernardo tamaşaçılara üz tutur:

“Maşın Şou”da qalmaq istəyirəm”.

Lazımi sayda səs toplayacağı təqdirdə kimi oyundan kənarlaşdıracağı sualına Bernardo cavab vermir, susur. Aparıcı Murad Dadaşovun bütün səylərinə baxmayaraq, “kubalı partizan” bu sirri inadkarcasına gizli saxlayır.

Nəticədə, X.Bernardo layihədə qalır, tamaşaçıların 89,49 faizi onun “Maşın Şou”da qalmasını dəstəkləyir. Bu mövsüm ərzində qeydə alınmış ən yüksək səs göstəricisidir. Ancaq tamaşaçılar üçün bu riskli gediş idi, çünki heç kim “kubalı partizan”ın kimi oyundan xaric edəcəyini bilmirdi. Üstəlik, hələ o özü şounu tərk edə bilərdi. Amma Bernardo sonda Allahverdi Yolçuyevin adını çəkir.

Oxu.Az-a verdiyi müsahibədə A.Yolçuyev oyundan kənarlaşdırılması üçün Bernardoya müraciət etdiyini etiraf edib.

“O dəqiqə görünürdü ki, Xose tərəddüd içindədir, nə edəcəyini bilmirdi. Onu yanıma çağırdım və dedim ki, kimin adını çəkəcəyini bilmirsənsə, qorxmadan mənim adımı çəkə bilərsən. Bernardo fədakar addım atdı.

Bəli, maşın ətrafında qruplaşma var, azı üç qruplaşma. Onlar elə oyun aparırlar ki, kimin kim olduğunu bilmirsən. Onlar əvvəl bir nəfəri müzakirəyə çıxarır, sonra taktikanı dəyişib, başqasından küsürlər, ancaq axırda layihədən üçüncünü çıxarırlar”, - A.Yolçuyev bildirib.

Səsvermədən sonra X.Bernardo çox danışmayıb. Ona dəstək olan tamaşaçılara təşəkkür edərək, Yolçuyevi öz xahişi ilə şoudan kənarlaşdırdığını diqqətə çatdırıb. Layihədə neçə qruplaşmanın olduğu sualına, Bernardo yenidən “kubalı partizan”a çevrilərək, susqunluqla cavab verib.

Oyun gündən-günə daha da maraqlı olur. “Maşın Şou. Hind kinosu”nun 22.00-da ATV kanalında növbəti yayımına mütləq baxın.

Qeyd edək ki, şouya informasiya dəstəyini “Oxu.Az” “Baku” TV göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri