22 
Dek
2018
09:30
5
218
11564
Virtual karabakh

Təsadüf? Xeyr! “Maşın şou” davam edir - VİDEO

22 Dek, 2018
09:30
11564

Təsadüf? Xeyr! “Maşın şou” davam edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən “Maşın şou. Hind kinosu”nu Mansur Şərif tərk etdi.

Oxu.Az xəbər verir ki, o, açıq oyun oynadı və Sərxan Kərəmoğlu ilə rəqabət apardı.

Bir gün əvvəl isə jurnalistlər iştirakçılar arasında kiçik sorğu keçirərək maşının onlara qismət olacağı təqdirdə kimə hədiyyə edəcəyini soruşdular. Bəli, bu, şounun qaydalarına zidd olsa da, xəyal qurmaq olar. Cavablar müxtəlif oldu.

Simvolik olsa da, videoda Sərxan Kərəmoğlunun “Bununla da şou sənin üçün bitdi” deyərək zarafatla Mansur Şərifi avtomobildən itələdiyi görünür.

Həmin görüntüləri təqdim edirik:

Saat 22:00-da ATV kanalında yayımlanacaq “Maşın Şou. Hind kinosu”nu qaçırmayın. 

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

Cavid Osmanov
Video: Musa Vladimir 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri