25 
Dek
2018
00:28
74
168
15946
Virtual karabakh

“Susqun” iştirakçı “Maşın şou”nu tərk etdi

25 Dek, 2018
00:28
15946

“Susqun” iştirakçı “Maşın şou”nu tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha bir iştirakçı “Maşın şou. Hind kinosu”nu tərk etdi.

Oxu.Az xəbər verdiyi kimi, bu gün şoudan çıxmağa namizəd müğənni Samir Cavadzadə idi.

Şou davam etdiyi müddətdə danışmayan S. Cavadzadə rəqibinin adını açıqlamadı.

“Maşın şou”nun aparıcı xəbərdarlıq edirdi ki, qapalılıq iştirakçıya baha başa gələ bilər. Nəticədə belə də oldu. Tamaşaçıların 60,20 faizi Samiri şouda görmək istəmədi.

“Lazımı səs yığa bilməyəcəyimə hazır idim”, - deyə Samir vurğuladı.

Bununla da “Maşın şou. Hind kinosu”nda 7 iştirakçı qaldı.

Xatırladaq ki, finaladək yalnız üç iştirakçı qalmalıdır.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Musa Vladimir

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri