26 
Dek
2018
18:22
17
243
10393
Virtual karabakh

“Maşın şou. Hind kinosu”nda nələr baş verir? - FOTO/VİDEO

26 Dek, 2018
18:22
10393

“Maşın şou. Hind kinosu”nda nələr baş verir? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın şou. Hind kinosu”nda növbəti gün başlayır və yenidən kimsə şounu tərk edəcək. Ötən günə qayıdıb baş verənləri müzakirə etmək istəyi yaranır. Dünən əslində nələr baş verdi?

Ötən gün şounun iştirakçılarının gizli səs verməsi ilə layihəni tərk etməyə namizəd Ramil Nabran olub. 

O, olduqca dürüst bir insan idi və ona görə də tamaşaçılar ona xüsusi hörmət bəsləyirdi. 

Oxu.Az-ın müxbirləri bütün şou boyunca iştirakçıları getdikləri hər yerdə müşahidə edib. 

“Maşın şou. Hind kinosu”nun iştirakçıları şəhərimizin küçələrində olduğu zaman həmişə eyni hal təkrarlanırdı. 

Küçədəki insanlar “Ramil-Ramil” deyə alqış edirdi. Bu çox ilhamvericidir. Ola bilər ki, məhz bu amil də Ramili adəti üzrə olduğundan daha çox özünəgüvənən aparmağa vadar etdi.

Reperlə Sərxan Kərəmoğlu arasındakı münaqişəli durumu nəzərə aldıqda R.Nabranın şouda qalacağı təqdirdə onun qurbanının S.Kərəmoğlu olacağını anlamaq çətin bir məsələ deyildi. Güman ki, hadisələrin bu cür gedişatını ehtimal edən Sərxan Kərəmoğlunun tərəfdarları reperin əleyhinə səs veriblər.  

Yekunda 58.47% teletamaşaçı R.Nabranın layihəni tərk etməsinə səs verdi.

Bir çox tamaşaçı şok olmuşdu. Lakin Sərxan Kərəmoğlu yüksək səslə gülürdü.

“Maşın şou. Hind kinosu” sizin üçün başa çatdı”, - deyə layihənin aparıcısı Murad Dadaşov dedi. 

Ramil Nabran sakit bir tərzlə tribunalara yaxınlaşdı. Sonra isə iştirakçılarla vidalaşmaq üçün tək-tək onlara yaxınlaşdı. Sərxan Kərəmoğlunun əlini sıxmaqla reper münaqişəyə son qoydu. Oyun bitdi.

Lakin Dilarə Kazımova ilə hər şey olduqca mürəkkəb keçdi. Bir anlıq unutqanlığa dalan və emosiyalara qapanan D.Kazımova təsadüfən əlini maşından çəkdi, bu da oyunun qaydalarına ziddir.

Beləliklə bir gün ərzində layihəni iki iştirakçı tərk etdi.

Nəticədə layihədə beş qəhrəman qaldı – Xose Bernardo, Səmra Rəhimli, Ranar Musayev, Sərxan Kərimoğlu, Xəyalə Quliyeva.  

Finalda cəmi üç iştirakçı mübarizə aparacaq.

Şounun növbəti buraxılışını qaçırmayın.

Layihəyə informasiya dəstəyini Oxu.Az və Baku TV verir.

Cavid Osmanov
Operator – Musa Vladimir

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri