28 
Dek
2018
16:18
168
54
15343
Virtual karabakh

Azərbaycanlıların dueti ən çox dinlənilənlər arasında - VİDEO

28 Dek, 2018
16:18
15343

Azərbaycanlıların dueti ən çox dinlənilənlər arasında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Odnoklassniki” sosial şəbəkəsi yeni musiqiçilər arasında dinləmələrin sayına görə liderlərin yekun reytinqini təqdim edib.

Oxu.Az bildirir ki, reytinqə ilk yeri “Notlar” və “Məni rəqs meydanına buraxın” mahnıları ilə HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bakirov) qrupu tutub.

Bu mahnılar “Musiqi” bölümünün yeni musiqiçilərinin siyahısında ən çox dinlənilən mahnılar olub.

Xatırladaq ki, digər sosial şəbəkə olan “VKontakte”nin tərtib etdiyi reytinqə əsasən, HammAli & Navai qrupunun “Janavi” albomu ilin ən yaxşı albomu seçilib, “Notlar” və “Məni rəqs meydanına buraxın” hitləri isə 2018-ci ilin ən yaxşı on mahnısı arasına düşüb.

Həmçinin, “Yandeks.Musiqi” servisinin tərtib etdiyi ən populyar mahnılar siyahısında HammAli & Navai qrupu “Məni rəqs meydanına buraxın” mahnısı ilə 10-cu yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri