29 
Dek
2018
23:32
66
276
29082
Virtual karabakh

“Maşın Şou”da iki nəfər qaldı - VİDEO

29 Dek, 2018
23:32
29082

“Maşın Şou”da iki nəfər qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ən baxılan reality şousu olan “Maşın Şou. Hind kinosu”nun sonuna çox az qalıb.

Oxu.Az xəbər verdiyi kimi, layihənin finalına üç nəfər, yəni Səmra Rəhimli, Xəyalə Quliyeva Ranar Musayev çıxmışdı.

Bu andan etibarən dözümlük və iradə mübarizəsi başlamışdı. Artıq heç kim nə anonim səsvermə, nə də SMS səsverməsi ilə iştirakçıları lahiyədən çıxara bilər.

Amma bu hadisə baş verdi. Səmra Rəhimli özü əlini götürdü.

“Hər birinizə uğurlar, mən getdim”, - deyən S.Rəhimli şounu tərk etdi.

İfaçıdan bu addımı gözləməyən iştirakçılar çox təcübləndilər, amma atılan addımı geri qaytarmaq olmazdı. Səmra Rəhimli üçün maşın əldən getdi.

İndi şouda yalnız iki nəfər - Ranar Musayev və Xəyalə Quliyeva qalıb. Onlar əllərini avtomobildən hər iki saatdan bir götürə bilərlər. İradə mübarizəsi davam edir.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az Baku.TV verir.

Cavid Osmanov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri