31 
Dek
2018
23:55
299
354
49700
Virtual karabakh

“Maşın Şou. Hind kinosu”nun qalibi müəyyənləşdi - VİDEO

“Maşın Şou. Hind kinosu”nun qalibi müəyyənləşdi

Azərbaycan teleməkanın ən reytinqli layihəsi “Maşın Şou”nun növbəti – “Hind kinosu” adlı buraxılışı başa çatıb.

Xatırladaq ki, layihədə Nazilə Səfərli, Ruhəngiz Allahverdiyeva, Ranar Musayev, Xose Bernardo, Ramil Nabran, Oktay Kamil, Mina Hüseyn, Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, Aydan Axundzadə, Səmra Rəhimli, Dilarə Kazımova, Samir Cavadzadə, Taleh Yüzbəyov və Mənsur Şərif  iştirak edib.

Bu layihə sülhsevərliyi və səmimiliyi ilə yaddaşlarda qalıb. Əlbəttə ki, müəyyən dərəcədə münaqişəli situasiyalar oldu. Ancaq  realiti-şoularda belə hallar normal qəbul olunur.

Finalda Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva iştirak edib.

S. Rəhimli “sağ qalma” uğrunda mübarizəni tərk edən ilk iştirakçı olub. Sona iki ən dözümlü iştirakçı qalıb.

Artıq ötən gecə layihənin əsas mükafatı – avtomobil öz sahibini tapıb. Qeyd edək ki, şounun qaydalarına görə, iştirakçılar heç bir halda əlini avtomobil üzərindən götürməməlidirlər. Şouda iştirakçılar arasında psixoloji müharibə, strateji manipulyasiya, və böyük ehtimalla hipnozun şahidi olduq.

Şou dekabrın 31-də yayımlandığından, içəridə olan atmosfer elə təqvimə uyğun idi. Şouya cari mövsümün bütün iştirakçıları dəvət almışdı. Bayram əhval-ruhiyyəsinin yaranmasında müstəsna rol oynamış çoxsaylı musiqiçilər və ifaçılar da yer alırdı.

“Diqqət” deyə “Maşın Şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşov bütün iştirakçılara və tamaşaçılara müraciət edir.

Bütün nəzərlər monitora yönəlib. Maşın ətrafında əsl dram yaşanıb. İki gecə, “Maşın Şou” pavilyonu, Ranar Musayev, Xəyalə Quliyeva və onlarla videokamera. Gərginlik açıq-aşkar hiss olunur. Budur o an gəlib çatır. Ranar Musayev  əlini götürür. Beləcə Xəyalə Quliyeva “Maşın Şou”nun 17-ci mövsümünün qalibi olur.

“Buna inana bilmirəm, amma mən qalib gəldim. Mənə heç bir şey asan başa gəlmədi, avtomobil də eləcə, ancaq bunları deyə bilərəm”, - deyə avtomobilin sahibi Xəyalə Quliyeva sevinc həyəcanını bölüşüb.

Son anda əlini avtomobildən çəkmiş Ranar Musayev də ürəyini boşaldıb:

“Özümü məğlub saymıram. Çünki finala qədər gəlib çıxmaq, özü bir qələbədir. Həm fiziki həm də psixoloji baxımdan çox çətin idi. Sizi inandırıram ki,  iş qarabasmalar həddinə belə çatmışdı. Ancaq biz dostlaşdıq, sizi əmin edirəm ki, heç kim başqasına “badalaq gəlmək” istəmirdi. Çıxan iştirakçı üçün darıxmağımız isə tam səmimi idi. Qalibi təbrik edirəm”, - deyə Ranar Musayev Oxu.Az-a bildirib.

Qeyd edək ki, şouya informasiya dəstəyini Oxu.AzBaku TV göstərib.

Cavid Osmanov
Operator - Musa Vladimir

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri