Yan
2019
11:45
50
22
2944
Virtual karabakh

“Qar yarışları” animasiya filmi “CinemaPlus”da - VİDEO

3 Yan, 2019
11:45
2944

“Qar yarışları” animasiya filmi “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj edilən Kanada istehsalı olan “Qar yarışları” animasiya filminin nümayişlərinə başlayıb.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər: İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova.

Cizgi filminin rejissoru Benua Qodbutdur.

Cizgi filmi haqqında qısa məlumat: Gözəl mənzərəli bir kənddə, Kanadanın qarlı dağlarında uşaqlar əsl idman yarışı - Qar yarışları təşkil edirlər! Hər iştirakçı yarışa öz məsuliyyətilə yanaşır və öz xizəyini özü düzəldir. Amma başqa idman növlərində olduğu kimi, qar yarışları da yalansız ötüşmür, axı hamı qalib olmaq istəyir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri