Yan
2019
09:11
21
56
4279
Virtual karabakh

“Qızıl Qlobus” öz sahiblərini tapdı - FOTO/VİDEO

7 Yan, 2019
09:11
4279

“Qızıl Qlobus” öz sahiblərini tapdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesdə keçirilən “Qızıl Qlobus” mükafatlandırma mərasimində laureatların adları məlum olub.

Oxu.Az xəbər verir ki, Alfonso Kuaron “Roma” filmi üzərində gördüyü işə görə “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.

Bu nominasiya üzrə mükafata Bredli Kuper, Piter Farrelli, Spayk Li Adam Makkey də namizəd idi.

Xarizmatik aktyor Kristian Beyl “Hakimiyyət” filmində oynadığı rola görə “Ən yaxşı komediya/müzikl aktyoru” nominasiyasında rəqibləri Lin-Manuel Miranda, Viqqo Mortensen, Robert Redford Con Si Raylini üstələyərək, mükafatla təltif olunub.

Aktrisa Recina Kinq “Bil-Strit danışa bilsəydi” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktrisası” kateqoriyasında “Qlobus” heykəlciyini əlinə alıb. Mükafat uğrunda onunla bərabər, Emi Adams, Kler Foy, Emma Stoun Reyçel Vays mübarizə aparırdı.

Patrisiya Arkett isə “Dannemor həbsxanasından qaçış” serialında canlandırdığı obraza görə “Ən yaxşı serial və ya telefilm aktrisası” nominasiyasında qalib olub.

Aktyor Ben Uişou “Xalis ingilis qalmaqalı” mini-serialında oynadığı rola görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.

Digər aktyor və aktrisa mükafatçılar arasında Rami Malik, Qlenn Klouz, Maykl Duqlas və Sandro O yer alır.

“Amerikalılar” ilin ən yaxşı teleserialı, “Kominski metodu” isə ən yaxşı telekomediyası seçilib.

Ən yaxşı dram filmi kateqoriyasıda Rami Malikin baş rola çəkildiyi və Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən "Bohem Rapsodiyası" filmi,  ən yaxşı cizgi filmi kateqoriyasında isə “Hörümçək adam: Kainatdan keçərək” qalib gəlib.

Ledi Qaqa “Ulduz doğulub” filmində “Şellou” saundtrekinin ifasına görə ən yaxşı kino musiqisi nominasiyasında “Qızıl Qlobus” mükafatçısı olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri