14 
Yan
2019
17:55
182
51
16341
Virtual karabakh

Şvarzneggerin qızı məşhur aktyorla nişanlanıb - FOTO

14 Yan, 2019
17:55
16341

Şvarzneggerin qızı məşhur aktyorla nişanlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktyoru Kris Pratt kinoulduz və siyasətçi Arnold Şvarzneggerin 29 yaşlı qızı Ketrin Yunis Şvarzneggerlə nişanlanıb.

Oxu.Az xəbər verir ki, bu haqda K.Pratt yanvarın 14-də “Instagram”da məlumat verib.

“Əziz Ketrin, sən “hə” cavabı verdiyinə görə mən çox xoşbəxtəm!” Mən səbirsizliklə toyumuzu gözləyirəm”, - deyə 39 yaşlı aktyor bildirib.

“People”ın məlumatına əsasən, K.Pratt və K.Şvarznegger 2018-ci ilin iyununda Ketrinin anası jurnalist Mariya Şrayverin sayəsində tanış olaraq görüşməyə başlayıblar.

Ketrin A.Şvarzneggerin və M.Şrayverin birinci qızıdır. O, 1989-cu ildə anadan olub. Onun valideynləri 2011-ci ildə ayrılıblar.

K.Pratt “Kəhkəşan keşikçiləri”, “Yur dövrünün parkı”, “İntiqam alanlar: sonsuzluq müharibəsi” və “Sərnişinlər” filmlərindəki rolları ilə məşhurdur.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri