19 
Yan
2019
17:37
29
406
27698
Virtual karabakh

Müğənnilər toya nə qədər pul yazdırır? - SORĞU

19 Yan, 2019
17:37
27698

Müğənnilər toya nə qədər pul yazdırır? - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şou-biznes nümayənələri getdiyi toylara, ad günlərinə yazdırdıqları məbləği açıqlayıblar. 

Oxu.Az Axşam.Az-ın tanınmışlar arasında apardığı sorğunu təqdim edir:

Xatun Əliyeva bildirib ki, getdiyi məclisə min manat pul yazdırıb. Təkcə prodüseri Pənahın toyunda İKİ min manat pul verib:

“Ad gününə hədiyyəni sevmirəm. Mütləq pul olmalıdır”.

Rahidə Baxışova imkanı nəyə çatır, onu ödədiyini deyib. O, “500 də olub, 100-200 manat da” deyə söyləyib. 

“Əvvəl zinət əşyaları aparırdım, indi pul aparıram, çünki əvvəlki toylarım yoxdur”, - deyə Mətanət Əsədova bildirib. 

Müğənni Nazənin isə getdiyi məclisə ən az 200 manat apardığını söyləyib. O bildirib ki, hətta min manat və ya dollar da yazdırdığı olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri