24 
Yan
2019
17:46
44
331
13873
Virtual karabakh

Afət Fərmanqızı: Nəsimi sağ olsaydı, razılıq verərdi - VİDEO

24 Yan, 2019
17:46
13873

Afət Fərmanqızı: Nəsimi sağ olsaydı, razılıq verərdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Afət Fərmanqızı son günlər “Pəncu Şeş” ifası ilə sosial mediada gündəmə çevrilib və birmənalı qarşılanmayıb. Belə ki, o, dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edib.

Oxu.Az-ın xəbərinə görə, müğənni Baku TV-yə müsahibə verərək onu qınayanları sərt tənqid edib.

“Nəsimi sağ olsaydı, mənə razılıq verərdi. Bu musiqi dünyəvidir və bu musiqini bəyənməyən özünü tanımır. Sosial şəbəkələrdə hamı toy mahnısı olduğunu deyir və qınayır. Əgər el şənlikləri, toy mahnısı pisdirsə, niyə toy edirsiniz?

Sizdən öncə bir nəfər də mənə zəng vurdu, dedi, jurnalistəm. Soruşdum hansı universiteti bitirmisən? Dedim, sənin savadın əvvəlcə mənim savadıma çatsın, sonra mənə sual ver. Bəzi xalq mahnılarımızda biədəb sözlər var, ona heç bir irad bildirən yoxdur. Mənim mahnıma söz deyirlər”.

Müğənninin bu ifasını Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, tanınmış bəstəkar Sərdar Fərəcov da sosial şəbəkədə sərt yazı ilə tənqid edib:

“Belə mötəbər şəxsin ifası belə ucuz olmamalıdır”.

“Belə dahi şəxsiyyətin qəzəlini dünyəvi bir musiqiyə oxumuşam. Gözləyək, bunu da ermənilər oğurlasın?”, - Afət Fərmanqızı deyib.

İlhamə Kələyeva, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri