29 
Yan
2019
09:29
12
150
4159
Virtual karabakh

Azərbaycanın “Eurovision”dakı rəqibləri bəlli oldu - FOTO

29 Yan, 2019
09:29
4159

Azərbaycanın “Eurovision”dakı rəqibləri bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Eurovision 2019” mahnı müsabiqəsindəki təmsilçisi mayın 16-da Təl-Əvivin Sərgi Mərkəzində keçiriləcək ikinci yarımfinalda çıxış edəcək.

Oxu.Az xəbər verir ki, ötən gün Təl-Əviv İncəsənət Muzeyində keçirilən püşkatmanın nəticələri belə olub.

Azərbaycan təmsilçisi ilə yanaşı, ikinci yarımfinalda Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveçrə və İsveçrədən olan ifaçılar çıxış edəcək.

Birinci yarımfinalda isə Slovakiya, Belarus, Çexiya, Monteneqro, Kipr, Serbiya, Finlandiya, Polşa, Macarıstan, Estoniya, Portuqaliya, San-Marino, İspaniya, Gürcüstan, Yunanıstan, Avstraliya, Belçika, Ukrayna və Yunanıstan təmsilçiləri səhnəyə çıxacaq.

Hər yarımfinaldan növbəti mərhələyə 10 iştirakçı adlayacaq. Finalda isə onlara İsrail, Fransa, İspaniya, Almaniya, İtaliya və Böyük Britaniya qoşulacaq.

Yarımfinallar 14 və 16 may tarixlərində, final isə mayın 18-də baş tutacaq.  İsrail buna qədər iki dəfə (1979 və 1999) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri