Fev
2019
15:32
58
210
12904
Virtual karabakh

Ani Lorak türk ərindən boşandı - FOTO/VİDEO

1 Fev, 2019
15:32
12904

Ani Lorak türk ərindən boşandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xalq artisti, Rusiyanın məşhur ulduzu Ani Lorakla əri Murad Nalçacıoğlu rəsmən boşanıb.

Oxu.Az xəbər verir ki, iş adamı ilə sənətçinin məhkəmə iclası yanvarın 31-də baş tutub.

Kiyevin Şevçenko rayon Məhkəməsi cütlüyün ailə bağlarını birdəfəlik ayırıb. Məhkəmə cəmi beş dəqiqə çəkib.

Görüşdə yalnız boşanma məsələsi müzakirə edilib. Cütlüyün yeddi yaşlı qızı Sofiyanın valideynlik hüququ və əmlak bölünməsi məsələlərinin müzakirəsi isə növbəti prosesdə həll olunacaq.

Hazırda Sofiya anası ilə Moskvada yaşayır.

Qeyd edək ki, cütlük 2009-cu ildə ailə qurub. Ötən yay Muradın arvadına ukraynalı model Yana Belyaevo ilə xəyanət etdiyi ortaya çıxıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri