Fev
2019
15:08
55
691
26019
Virtual karabakh

Afət Fərmanqızına “Gelandewagen” bağışladılar - YENİLƏNİB + VİDEO

4 Fev, 2019
15:08
26019

Afət Fərmanqızına “Gelandewagen” bağışladılar - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Afət Fərmanqızı ona avtomobil bağışlayan şəxsdən danışıb.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, ona “Gelandewagen” markalı avtomobili Rusiyada yaşayan azərbaycanlı iş adamı hədiyyə edib.

“Mənə bu bahalıqda avtomobili hədiyyə edən çox hörmətli bir şəxsdir. O, bir çox kasıb, atılmış və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara yardım əlini uzadaraq, onlara maddi dəstək durur. Mənim ifalarımı mahnılarımı o qədər bəyənib, sevir ki, sağ olsun, gözlənilmədən mənə belə bir hədiyyə etdi. Bir sözlə o mənim pərəstişkarımdır.

Özüm hazırda şok vəziyyətdəyəm. Hələ də bu şokdan ayılmamışam. Bir neçə saatdan sonra çəkilişlərə elə mənə hədiyyə olunmuş bu avtomobillə gedəcəyəm. O ki qaldı sənəd məsələlərinə, onları da tez bir zamanda həll edəcəyəm. Sabahdan hamı məni bu avtobillə görəcək”.

Qeyd edək ki, bu gün “Xəzər” TV-nin “Hər şey daxil” verilişinin canlı yayımında A.Fərmanqızına 240 min dollar qiyməti olan “Gelandewagen” avtomobili hədiyyə olunub.

12:08

“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verlişində inanılmaz hadisə baş verib.

Oxu.Az xəbər verir ki, sözügedən verilişin qonağı olan Afət Fərmanqızına sürpriz olunub.

Belə ki, “Xəzər” TV-nin binası önünə böyük qırmızı lentlə bəzədilmiş qara rəngdə, qiyməti 240 min dollarlıq “Gelandewagen” markalı avtomobil gətirilib və müğənniyə hədiyyə olunub.

Verilişin aparıcısı Tarix Əliyevlə digər qonaq müğənni Manaf Ağayev A.Fərmanqızının qoluna girərək avtomobilin yanına aparıblar. Afət gözlərini açar-açmaz gördüyü hədiyyədən heyrətlənib. Tolik isə avtomobilin ona hədiyyə olunduğunu dilə gətirib.

Qeyd edək ki, müğənni son günlər İmadəddin Nəsiminin “Məndə sığar ikən cahan...” mətləli qəzəlinə oxuduğu “Pəncü-şeş” mahnısı ilə gündəmə gəlib. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri