Fev
2019
17:31
334
32
7881
Virtual karabakh

“Lider” TV-nin səhər şousu dayandırılır

4 Fev, 2019
17:31
7881

“Lider” TV-nin səhər şousu dayandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lider” TV” səhər verilişinin formatında köklü dəyişikliklər edib. 

Oxu.Az xəbər verir ki, tezliklə ekrana yeni formatda “Səda Səhər” adlı veriliş çıxacaq.

Bu televiziya layihəsi sırf cəmiyyət üçün faydalı məlumatlar, maarifləndirici və bol xəbər üzərində qurulacaq.

“Lider” TV-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sədan Bünyadova mətbuata açıqlamasında bildirib ki, “Səda Səhər” fevralın 5-dən etibarən, həftənin beş günü, səhər saat 09:00-dan 11:00-dək efirdə olacaq:

“Səda Səhər”də tamaşaçılara ölkədə və dünyada baş verən ən son xəbərlər çatdırılacaq, aktual mövzular və hadisələrə münasibət bildiriləcək”.

Qeyd edək ki, “Lider” TV-də həftəiçi hər gün “Tezdən oyan” adlı səhər şousu yayımlanırdı. Verilişin aparıcılarından Azər Abdullayev öz yerində qalsa da, digər aparıcı Həyat Aslani qonşu kanalların birində yeni proqramla efirə çıxacaq. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri