Fev
2019
18:34
33
681
10920
Virtual karabakh

Röyanın konsertinə biletlərin qiymətləri açıqladı: 1200 manat - VİDEO

6 Fev, 2019
18:34
10920

Röyanın konsertinə biletlərin qiymətləri açıqladı: 1200 manat - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Röya Ayxan növbəti klub konsertinə hazırlaşır.

Oxu.Az xəbər verir ki, Röya, bu dəfə həmkarı Miri Yusiflə “Elektra Hall”un səhnəsinə çıxacaq.

Müğənni artıq konsertin məşqlərinə də başlayıb. 

O, bu barədə sosial media hesabında video paylaşaraq məlumat verib. 

Konsertin aparıcısı isə Samir Bayramov olacaq. 14 fevral “Sevgililər günü” baş tutacaq konsertin qiymətləri 35 və 1200 manat arası dəyişir.

Onu da bildirək ki, “Boom Group”un ərsəyə gətirdiyi konsertdə üç min nəfərin iştirakı gözlənilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Meşqler #unutmaqlazım

A post shared by Röya (@royaofficial) on

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri