11 
Fev
2019
09:00
22
57
2906
Virtual karabakh

“Qremmi” öz sahiblərini tapdı - FOTO/VİDEO

11 Fev, 2019
09:00
2906

“Qremmi” öz sahiblərini tapdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” musiqi mükafatlandırma mərasimi keçirilib. “Staples Center” adlı nəhəng idman-əyləncə kompleksinə dünya pop musiqisinin, demək olar ki, bütün ulduzları toplaşıb.

Bu barədə BBC məlumat yayıb.

Ledi Qaqa mükafatlandırılan ilk müğənnilərdən olub. O, üç fərqli nominasiya, o cümlədən, “Shallow” mahnısının ifasına görə “Ən yaxşı duet” nominasiyasında (Bredli Kuperlə birlikdə) qalib gəlib.

Göz yaşlarını saxlaya bilməyən ekstravaqant müğənni “Ulduz doğulub” filmindəki tərəf müqabili və rejissor Bredli Kuperə ona göstərdiyi dəstəyə görə təşəkkür edib. Sonuncu BAFTA mükafatlandırma mərasimi ilə əlaqədar Los-Ancelesdəki mötəbər tədbirə qatıla bilməyib.

Ariana Qrande ən yaxşı pop albom nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub (“Sweetener” albomuna görə). Habelə onun tədbirdə yeni albomundan olan “7 songs” mahnısını ifa etməsinə icazə vermədiklərinə görə təşkilatçıları boykot etdiyini elan edib.

Ötən il Bakıda konsert vermiş Dua Lipa “Ən yaxşı rəqs mahnısı” və “Ən yaxşı yeni artist” nominasiyalarında qalib gəlib. Tədbirdə “One Kiss” mahnısını ifa edən “St.Vinsent” ən yaxşı rok albom nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub.

Dreykin “Gods” plan adlı mahnısı ilin ən yaxşı rep mahnısı seçilib.

Ən yaxşı rep-albom kateqoriyasında Cardi B. öz “İnvasion of privacy” adlı relizi ilə qalib olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri