15 
Fev
2019
11:04
73
236
6625
Virtual karabakh

Röya: Mən şou adamı deyiləm, çünki satqın deyiləm - MÜSAHİBƏ

15 Fev, 2019
11:04
6625

Röya: Mən şou adamı deyiləm, çünki satqın deyiləm - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün "Boom Group"un təşkilatçılığı ilə Əməkdar artistlər Röya Ayxanla Miri Yusifin “Elektra Hall”da möhtəşəm klub konserti baş tutub.

Səhnə öncəsi R.Ayxan Oxu.Az-a ağılları qarışdıracaq özəl müsahibə verib.

- Bu gün tamaşaçılar önündə Röya hansı repertuar sərgiləyəcək? 

- Musiqi gecəsində bütün köhnə mahnılarımı ifa edəcəyəm. O mahnılar ki, onlar ömür boyu səslənəcək. Mənim elə mahnılarım çoxdur. Onların sayı nə beşdir, nə də altı. Konsertə “Yalan sözlər” bəstəsi ilə başlayacağam. Bəstəkar Muxtar Absenov və Hacı Nazim Məmmədovun yardımı ilə mahnıları bir araya toplayıb, yaxşı hazırlamışıq.

“Back vokal”da onlar mənə köməyə gəliblər. Çünki xəstələndiyim üçün səsləndirə bilmədim. Birinci dəfə həmkarım Elnarə Xəlilova oxudu, ikinci dəfə məşqlərdə demoları özüm oxudum. Orijinala gəlib çatanda xəstələndim. Çox təəssüf ki, özüm ifa edə bilmədim.

- Bu gün konsertdə əsl şou olacaq? 

- Əsl şou şou adamına məxsusdur. Mən isə şou adamı deyiləm. Çünki mən satqın deyiləm.

- Konsertə toplaşan pərəstişkarlarınız üçün sevgililər gününə özəl bir proqram hazırlamısınız? 

- Proqramı öz ailəmlə birgə qurmuşam. İstirahət edəcəyəm. Proqram odur ki, “Nero” rəqs qrupu bizimlədir. 6-7 mahnını remiks versiyada ifa edib, “Nero” ilə birgə səhnədə rəqs edəcəyəm. Proqram odur ki, “Kristall Hall”da verəcəyim konsertdən öncə bu gün “Elektra hall”da bir azdan səhnə alacağam. Yadınıza gəlir, iki il bundan öncə sizə müsahibələrimdə demişdim ki, mən başlasam, “Röya vision” qoyacağam adını. Odur ki, bu il “Röya vision” başladı.

- Konsertə necə hazırlaşmısınız? 

- Bizim əsl Sevgililər günü 30 iyundur. Yaddaşlarda həkk olunan özəl tarix üçün də mütləq konsertim olacaq. Çünki Sevgililər günü Azərbaycan üçün həmin tarixdir. Simvolik olaraq köhnə insanlar üçün, mən də onların sırasındayam (gülür), ona görə bu aya məhz bu gün konsert saldım. 

- Sevilən qadın, sevilən müğənni və sevilən sənətçi bu gün gözəl və sevilən xanımlara nə arzu edir? 

- Birinci özləri özlərini sevsin. Hörmətli olsunlar. Kim sizi sevmirsə, onun fərqi yoxdur. 

Qeyd edək ki, əməkdar artistləri dinləmək üçün şou-biznesin bir çox tanınmış simaları gecəyə axın ediblər. Onlar arasında model Rüstəm Cəbrayılov, aparıcı Hacı Nuran və digər məşhurlar da olub. 

Oğlu Hüseyn də anasını bu gecə yalnız qoymayıb. 

Rəşad Əliyev
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri