15 
Fev
2019
16:16
42
170
6950
Virtual karabakh

Türkiyəni heyran qoyan Elnur niyə “kölgəyə çəkilib”? - MÜSAHİBƏ

15 Fev, 2019
16:16
6950

Türkiyəni heyran qoyan Elnur niyə “kölgəyə çəkilib”? - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya” təmsilçilərimizdən olan, “O səs Türkiyə”nin qalibi, müğənni Elnur Hüseynov Oxu.Az-a müsahibə verib. 

- Elnur, Türkiyə şou-biznesinə qatılmaq niyyətiniz var?

- Mən heç bir ölkənin şou-biznesinə qatılmaq istəmirəm. Bunun da özəl səbəbləri var. Çünki menecerlə sözləşmədən sonra bir qərara gəldik. Bundan sonra öz şəxsi “Instagram” və “Youtube” hesabımda paylaşımlar etməliyəm. Belə şeyləri çox sevmirəm. Amma izləyicilərim üçün, insanlara daha yaxın olmağım üçün bu vacib bir məsələdir. Ona görə bu yeni sistemlə günümə başlayıram. 

- Mayda İsrailin Təl-Əviv şəhərində “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasında Azərbaycandan kimi təmsilçi olaraq görmək istəyirsiniz?

- İstedadlı müğənni Çingiz Mustafayevin təmsil etməsini istəyirəm. Ümid edirəm ki, o, milli seçimlərimizdə qalib gəlib, layiqincə çıxış edəcək. 

- Fikrinizcə, “Avroviziya-2019”a seçiləcək mahnımız lirik, yoxsa dinamik olmalıdır?

- Bu suala tam cavab verə bilmərəm. Sadəcə vurğulamaq istəyirəm ki, kim bizi təmsil edəcəksə, onun tərzinə yaxın bir bəstə olmalıdır. 

- Uzun müddətdir, Türkiyədəsiniz, orada bu vaxt ərzində hansı işlər görmüsünüz?

- Türkiyədə işlər çox gözəl gedir. Gözəl layihələrim var. Yeni sözləşməyə imza atdım. Sizə özəl olaraq bildirim ki, Türkiyədə fəaliyyət göstərən “SONY” şirkəti ilə çalışıram. Çox ağıllı bir menecerim var.

“Dreamer” adlı yeni mahnı və ona çəkilmiş klipi təqdim etdim. Daha bir “cover” üzərində işlər gedir. O “cover”i mən məşhur musiqiçi İsfar Sarabski ilə ərsəyə gətirdim. Çox tanınmış bir mahnıdır. İndi mahnının hüquqları alınır.

Qeyd edim ki, sözügedən bəstəyə Azərbaycanın tanınmış rəssamı Samir Salahov animasiya şəklində videoçarx çəkəcək. Bununla yanaşı, daha bir neçə yeni mahnılar yazdırmışam. 

Müğənni Elnur Hüseynov ilə geniş videoreportajı sizə təqdim edirik.

Rəşad Əliyev 
VİDEO: Valeh Arifoglu

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri