16 
Fev
2019
23:45
19
194
7971
yuxarı
Məşhur rusiyalı reperin anası onun ölüm səbəbini açıqladı
16 Fev, 2019
23:45
7971
19
194
Məşhur rusiyalı reperin anası onun ölüm səbəbini açıqladı
Məşhur rusiyalı reper Detslın (Kirill Tolmatskiy) anası İrina Tolmatskaya Birinci kanalın efirində oğlunun ölüm səbəbini açıqladı.
Onun sözlərinə görə, Detsl gərgin işi ilə bacarmayıb.
“Ölümün səbəbi gərgin işdir. O, son yarımildə iki albom yazıb. Əl və ayaq ağrısından şikayət edirdi”,- Tolmatskaya deyib.
Reperin anası bildirib ki, Detsl əhəmiyyətli bir iş görmək üçün albomlar üzərində çox işləyirdi.
“Böyük ürəyi olan balaca”, - Tolmatskaya qeyd edib.
Xatırladaq ki, Kirill Tolmatskiy fevralın 3-nə keçən gecə İjevskdə 35 yaşında vəfat edib. Reperin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Şou-biznes xəbərləri
18 
Apr
2024
22:40
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
178
16
855
18 
Apr
2024
17:24
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA - YENİLƏNİB + VİDEO
274
25
6637