19 
Fev
2019
13:00
14
56
3071
Virtual karabakh

Günay Ledi Qaqa obrazında: öz villasında klip çəkdirdi - VİDEO

19 Fev, 2019
13:00
3071

Günay Ledi Qaqa obrazında: öz villasında klip çəkdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Günay İbrahimli “Qram-qram” adlı yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, sənətçi bu dəfə sözləri və musiqisi Elvin Muxtara aid bəstəni ekranlaşdırıb.

Sənətçi yeni layihəsini gənc rejissor Nuran Məmmədova həvalə edib. Çəkilişlər G.İbrahimlinin dəbdəbəli villasında lentə alınıb, bunun üçün sənətçinin mənzilində studiya quraşdırılıb.

Böyük komandanın çalışdığı ekran işinin çəkilişləri 24 saat davam edib. İbrahimli yeni işi üçün dörd fərqli obrazda kamera qarşısına keçib. Günayın sözlərinə görə, bu dəfə o, heç bir modelyerlə əməkdaşlıq etməyib, geyimlərini özü hazırlayıb.

Qeyd edək ki, G.İbrahimlinin klipində bəzi obrazlar dünya şöhrətli müğənni Ledi Qaqanın “Applause” klipi ilə oxşardır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri