19 
Fev
2019
16:08
221
94
5354
Virtual karabakh

“Dəbin atası” Karl Laqerfeld öldü

19 Fev, 2019
16:08
5354

“Dəbin atası” Karl Laqerfeld öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli dizayner Karl Laqerfeld vəfat edib.

Oxu.Az xəbər verir ki, “Chanel” moda evinin dizayneri 85 yaşında dünyasını dəyişib.

K.Laqerfeldin ardıcıl olaraq bir neçə həftə səhhətində problemlər yaranıb. Məşhur dizayner ilk dəfə “Chanel”in dəb gecəsində qonaqlar qarşısına çıxa bilməyib. Səbəb isə “dəbin atası”nın həddən artıq yorğun olması olub. 

Qeyd edək ki, Karl Laqerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Laqerfeldin ailəsində anadan olub. Valideynlərinin axırıncı evliliyindən olan son övladdır. 1952-ci ildə o, Paris şəhərinə gəlib. Parisdə Yüksək Moda Məktəbi Sindikatında təhsil alıb. 1955-ci ildə Karl Beynəlxalq Yun Sekretariatının təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə öz birinci mükafatını alıb.

Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışıb. 1959-cu ildə Almaniyanın Hamburq şəhərində və Parisdə yaşayıb və orada fəaliyyət göstərib. 1980-ci illərin əvvəllərində özünə aid ərtiyyat və geyim əşyasını çıxararaq markasını tanıdıb. İşlədiyi illərdə “Chloé”, “Fendi” və “Chanel” kimi büyük moda evləri ilə birlikdə çalışıb. 2004-cü ildə markası “KL Tommy Hilfiger”ə satılıb.

“Dəbin atası” Karl Laqerfeld son illərdə “Chanel” brendi ilə çalışaraq, bahalı və dəyərli sənət əsərləri (geyimlər) yaradıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri