23 
Fev
2019
16:20
25
317
13038
Virtual karabakh

Kərim Abbasov: Təranə Səmədovanın sevgilisi mənə zəng etdi - VİDEO

23 Fev, 2019
16:20
13038

Kərim Abbasov: Təranə Səmədovanın sevgilisi mənə zəng etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Kərim Abbasov “Ləkə” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, Kərimin klip təqdimatına şou-biznes nümayəndələri və jurnalistlər qatılıblar. 

Kərim qonaqlarla birgə klipi seyr etdikdən sonra yeni işindən söz açıb.

“Klipdən öncə reklamını təşkil etmək istədik. Görüntüləri jurnalist İsa Şükürova göndərdim ki, paylaşsın. Amma məsələ başqa istiqamətə yol aldı. Gah dedilər, klipdə rol alan rəqqasə Renka ilə sevgiliyəm, gah dedilər, ailəm dağılıb. Biz iki sevən insanın həyatını sərgiləmişik. Bəstədə beş ildir ki, gözüm qalmışdı, bir xırda detal var idi, həll olmurdu. Mahnıya elə nəfsimi saldım ki, satılmadı. Nəhayət, mənə qismət oldu. Mən də sevərək bu mahnını oxuyub, ona klip çəkdirdim”.

Sözügedən bəstənin sözləri və musiqisi İsmayıl Əliyevə məxsusdur. Nicat Zeynallının rejissorluq etdiyi ekran işi təqdim olunmazdan öncə kadrarxası açıq-saçıq yataq səhnələri sosial şəbəkədə yayılmışdı. İzləyicilər Kərimlə Renkanı bu görüntülərə görə xeyli tənqid etmişdilər. 

Kərim Oxu.Az-a açıqlamasında keçmiş həyat yoldaşı, hazırda həbsdə olan prodüsser Təranə Səmədova ilə bağlı da açıqlamalar verib. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri