26 
Fev
2019
19:15
538
32
9201
Virtual karabakh

Türkiyəli məşhurlar da Xocalını yad etdilər - FOTO

26 Fev, 2019
19:15
9201

Türkiyəli məşhurlar da Xocalını yad etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur ulduzları Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşımları ilə diqqət çəkiblər. 

Oxu.Az xəbər verir ki, onlar sırasında Sibel Can, Hadise, Mahsun Kırmızıgül, Alişan və digər tanınmış sənətçilər yer alıb. 

Sibel, Hadisə və Mahsum instagram hesablarının "tarix" bölməsində Xocalı ilə bağlı sadəcə foto yerləşdiriblər. Alişan isə yazdığı statusu ilə xalqımızın dərdinə şərik çıxdığını bildirib.

"Hamilə qadınları, yaşlıları, uşaqları öldürməkdən çəkinməyən qatillər o dünyada Allaha necə cavab verəcəklər? Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri