27 
Fev
2019
13:01
110
23
2842
Virtual karabakh

Ukraynada “Avroviziya” uğursuzluğu: müğənnilər imtina edir - VİDEO

27 Fev, 2019
13:01
2842

Ukraynada “Avroviziya” uğursuzluğu: müğənnilər imtina edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayında Tel-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” beynəlxalq musiqi yarışmasında iştirak edəcək təmsilçilərin adlarının açıqlandığı dönəmdə Ukrayna müsabiqə ilə bağlı uğursuzluğa düçar olub. Səbəb isə ifaçıların bu müsabiqədə iştirak etməkdən boyun qaçırmalarıdır.

Oxu.Az xəbər verir ki, milli seçim turunda ikinci yeri qazanan “Freedom-Jazz Girls” qrupu Ukrayna ictimai televiziyasının təklifinə “yox” cavabı verib.

Qrupun yarışmada iştirakdan imtina etməsi Avropa turuna çıxmaq planları ilə əlaqələndirilib. 

Qrup üzvlərinin verdikləri məlumata görə, onlar avropalı təşəbbüskarlarla müqavilə imzalamaq mərhələsindədirlər və yaxın vaxtlarda baş tutacaq konsert turları ilə bağlı danışıqlar aparırlar. 

Bundan sonra Ukraynanı beynəlxalq müsabiqədə təmsil etməsi üçün milli seçim turunda üçüncü yeri qazanan “Kazka” qrupuna təklif göndərilib. 

Qeyd edək ki, daha əvvəl seçim turunun qalibi olan müğənni Maruv da yarışmadan imtina edib.

Sənətçi, Ukrayna ictimai televiziyası ilə razılığa gələ bilmədiyini açıqlayıb. İfaçı müsahibəsində bildirib ki, yarışmada ukraynalı siyasətçilərin reklamına çevriləcək şüarlar səsləndirmək niyyətində deyil. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri