27 
Fev
2019
16:23
42
265
21384
Virtual karabakh

Lətifə Soyuöz: Dedilər ki, əl çək Ehtiramdan, o ailəlidir - VİDEO

27 Fev, 2019
16:23
21384

Lətifə Soyuöz: Dedilər ki, əl çək Ehtiramdan, o ailəlidir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vokal, opera və rok ifaçısı Lətifə Soyuöz Oxu.Az-ın qonağı olub.

Lətifə uzun zaman ətrafında gəzib-dolaşan söz-söhbətlərə, həmkarları ilə yaşadığı qalmaqallara, şəxsən özünün vergi ilə bağlı verdiyi cəsarətli açıqlamalara aydınlıq gətirib.

L.Soyuöz özünün nə qədər vergi ödəməsi ilə bağlı etiraf edib.

“Lətifə Soyuöz vergi vermir. Sözsüz ki, vergi verir, amma bu böyük bir məbləğ deyil. Bu, mənim dövlət sənətçisi olmağımdan irəli gəlir. Dövlətlə əlaqəli konsertlərim olur. Toy tədbirləri isə, demək olar ki, ildə bir dəfə. Mən də ora gedərəm, ya getmərəm. O da özü bir böyük sualdır, gedərəmmi? Böyük məbləğdə vergi ödəyicisi deyiləm”.

Bayağı mahnılar və onları ifa edən müğənnilərin əlindən təngə gələn Soyuöz vətəni tərk etmək istəyib. Məşhur bu barədə də danışıb:

“Estradamızda baş alıb gedən bu bayağılığı görüb, özümü heç yaxşı hiss etmirəm. Musiqidə baş verənləri görüb hərdən ölkəni tərk etmək istəyirəm. Hətta buna qədər düşünmüşəm”.

Bir müddət öncə L.Soyuöz maqazin verilişlərinin birində Əməkdar artist Ehtiram Hüseynovla bağlı açıqlama vermişdi. Obraz olaraq E.Hüseynova simpatiyasını bildirən Lətifə dilinin bəlasına düşüb.

Yaşananlarla bağlı hər iki sənətçi Oxu.Az-a özəl müsahibə verib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri