28 
Fev
2019
12:54
18
255
13171
Virtual karabakh

Faytonçu Nazim: Qəza yerindən qaçmamışam - YENİLƏNİB + FOTO/VİDEO

28 Fev, 2019
12:54
13171

Faytonçu Nazim: Qəza yerindən qaçmamışam - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nazim Pişyari törətdiyi qəza ilə bağlı açıqlama verib.

Sənətçi Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə həyat yoldaşı ilə evə döndüyü zaman baş verib. 

“Hava yağışlı idi. Körpünün üstünə çıxanda əyləci basdım ki, avtomobili saxlayım. Lakin əyləc işləmədi. Bu zaman öndə duran “Hyundai Grandeur” avtomobilini vurdum. “Hyundai Grandeur” “Mercedes”ə, “Mercedes” isə digər “Mercedes”ə çırpıldı”, - deyə müğənni qeyd edib.

N.Pişyarinin sözlərinə görə, hadisədən sonra şəxsən özü sığorta şirkətinə zəng vurub. 

“Onlar hadisə yerinə dövlət yol polisi ilə birgə gəldilər. Məsələni elə orada araşdırdılar. Protokol tərtib edib mənə verdilər. Avtomobilimi cərimə meydançasına apardılar. Digər avtomobillər isə evakuatorla aparıldı. Hazırda ziyan dəymiş nəqliyyat vasitələrini özüm düzəldirəm. Dəymiş ziyan isə ümumən 17 min manatdır. Sığorta şirkəti həmin məbləğin cəmi beş min manatını verdi. Qalan məbləği isə öz cibimdən ödəyəcəyəm. Qəzada heç kəs xəsarət almayıb. Mən isə hadisə yerindən qaçmamışam. Bu yalan informasiyadır”.

11:08

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib. 

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.  

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. 

Zəncirvari qəzaya səbəb olan N.Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri