Mar
2019
10:33
89
20
2554
Virtual karabakh

Ed Şiran gizlincə evləndi - VİDEO

1 Mar, 2019
10:33
2554

Ed Şiran gizlincə evləndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli müğənni Ed Şiran üç il görüşdüyü sevgilisi Cherry Seabornla gizlincə ailə həyatı qurub. 

Oxu.Az xəbər verir ki, pop ulduz bir müddət öncə gizli şəkildə evlənib. 

O, “Access online” videoportalına müsahibəsində jurnalistin “Nə vaxt evlənəcəksiniz?” sualına gözlənilmədən cavab verib.  Ed üzüyünü göstərərək artıq ailə qurduğunu söyləyib.

Qeyd edək ki, məşhur cütlük yanvar ayında nikaha girib. Şiran Seaborna sevgisini Beyonsla duet oxuduğu “Perfect” mahnısı ilə bəyan etmişdi.

Qeyd edək ki, məşhur ifaçı Ed Sheeren karyerasına 2011-ci ildə başlayıb. “Asylum Records” ilə müqavilə imzalandıqdan sonra, 9 sentyabr 2011-ci ildə buraxdığı debüt albomu “plus” Böyük Britaniyada altı dəfə platin sertifikatını qazandı. 2012-ci ildə Sheeren “Ən yaxşı solo kişi”  və “Britaniyada ilin irələyişi” (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazanıb. 2012-ci ildə ulduz dünya arenasında tanınmağa başladı.

“The A Team” mahnısı 2013-cü ildə Qremmi-də “İlin mahnısı”  mükafatına sahib oldu. Mərasimdə Ed mahnını dünyaşöhrətli pop ulduz Elton Conla birlikdə duet ifa etdi. 2013-cü ilin sonunda o, 3 dəfə Nyu York da anşlaqla qarşılanan konsert proqramı ilə çıxış etdi. 2015-ci ildə Edeen x albomu Britaniya Musiqi Mükafatının İlin albomu" nominasiyasında qalib gəldi.

Onun “Thinking Out Loud” bəstəsi 2016-cı ildə iki Qremmi Mükafatını (İlin Mahnısı və Ən yaxşı solo pop ifası nominasiyalarında) qalib oldu. 2015-ci ilin iyulunda öz dünya turnesi çərçivəsində Şiran Londonda Eembli stadionunda üç anşlaqla qarşılanan konsert proqramı ilə çıxış etdi.

Bu onun solo konsertlər arasında ən yaxşı nəticə ilə qiymətləndirildi. “Shape of you”  bəstəsi isə ən çox dinlənilən hitlərdən oldu. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri