Mar
2019
17:04
78
277
5233
Virtual karabakh

Ukraynanı təmsil etməkdən imtina edən MARUV Bakıya gəlir

1 Mar, 2019
17:04
5233

Ukraynanı təmsil etməkdən imtina edən MARUV Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın məşhur müğənnisi MARUV (Arnna Korsun) paytaxtımızın qonağı olacaq.

Oxu.Az xəbər verir ki, ifaçı bu yay Azərbaycanda keçiriləcək ənənəvi “Jara” musiqi festivalında səhnə alacaq.  

Bu barədə layihənin “Instagram” səhifəsində məlumat verilib. Qeyd edilib ki, sənətçi iyunun 28-də Bakıda olacaq.

Qeyd edək ki, Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayıb, qalib gələn MARUV Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Avroviziya-2019”dan imtina etdiyini bildirib.   

Maruv ictimai televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırıb. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina ediblər. Nəticədə, Ukrayna beynəlxalq müsabiqədə iştirakını dayandırıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri