Mar
2019
15:52
20
66
2641
Virtual karabakh

“The Prodigy” vokalistinin intiharının təfsilatları

5 Mar, 2019
15:52
2641

“The Prodigy” vokalistinin intiharının təfsilatları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın əfsanəvi “The Prodigy” texno-rok qrupunun vokalisti və rəqqası Kit Flintin həyat yoldaşı ilə boşanma prosesində gedən əmlak bölgüsü fonunda intihar etdiyi məlum olub.

Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bir müddət əvvəl müğənni DJ Gedo Super Mega Bitch sənət adı ilə tanınan yapon həyat yoldaşı Mayumi Kai ilə yollarını ayırıb.

Ölümündən bir neçə gün əvvəl K.Flint Esseks qraflığının Danmou şəhərindəki evini 1,5 milyon funta (təx. 3,3 milyon manat –red) satışa çıxarıb. Müğənninin əmlakını satmağa məcbur qaldığı bildirilir.

M.Kai Flintin öldüyü vaxt Yaponiyada olub. Mənbənin məlumatına görə, ayrılıqdan sonra “The Prodigy” vokalisti depressiyaya düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri